"Mançester Yunayted"in futbolçusu Antoni Marsial və xanımı klub rəhbərliyindən təhlükəsizliklərinə təminat verməsini istəyib.
Offsideplus.az xəbər verir ki, cütlük "qırmızı şeytanlar"ın onları cangüdənlə təmin etməsini tələb edib. Buna səbəb Marsial və xanımının "Şeffild Yunayted"lə oyundan (1:2).sonra onlayn şəkildə bəzi ölüm təhdidləri almasıdır.
Evi hədəf alınandan sonra klub rəhbərliyi təhlükəsizlik tədbirlərini gücləndirib.
Qeyd edək ki, fransalı forvard bu həftə ərzində iyrənc irqçiliyə məruz qalıb. Bundan əlavə, "Mançester Yunayted"in oyunçuları A.Tanzebe və M.Reşford da irqçi ifadələrlə üzləşənlər sırasındadır.