İngiltərə Premyer Liqasının 21-ci turunda "Sauthempton" - "Aston Villa" matçı baş tutub.

Offsideplus.az xəbər verir ki, "Aston Villa" 2013-cü ildən bəri ilk dəfə "müqəddəslər"ə qalib gələ bilib: 0:1. Lakin oyun şübhəli VAR qərarı ilə gündəmə düşüb. 

Belə ki, "Aston Villa" müdafiəçisi Metti Keş qapıya gedən topu əli ilə qaytarıb. Cərimə meydançasında baş verən epizodun dəyərləndirilməsində köməkçi hakimdən (VAR) istifadə edən referi "penalti yoxdur", - deyə qərar verib. 

Həmin maraqlı görüntüləri təqdim edirik: