Tomas Tuxel "Çelsi"yə gəldiyi gündən Dortmund "Borussiya"sında çıxış edən Erlinq Haalandın arzusuyla yaşayır.

Alman mütəxəssis vaxtilə norveçli hücumçunu PSJ-də sərəncamında görmək istəsə də, hədəfinə çatmamışdı. Lakin Roman Abramoviç Tuxelin istəyini və başa düşür və yerinə yetirməyə hazırdır. 

Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, milyarder iş adamı Haalandın alınmasını mümkün sayır. Lakin yayda bu transferin gerçəkləşməsi üçün Tuxelin qarşısına şərt qoyub. Şərt isə komandanın növbəti avrokubok mövsümündə Çempionlar Liqasında mübarizə aparmasının vacibliyidir: "Çelsi" ÇL-ə vəsiqə qazansın, Haalandı gətirib".

Abramoviç bunu etməklə həm baş məşqçini uğura kökləyir, həm də Haalandın transferi üçün ödəniləcək məbləğin bir qismini ÇL-dəki çıxışdan qazanmaq istəyir.

Qeyd edək ki, Erlinqin "Borussiya" ilə müqaviləsində 2022-ci ildə 75 milyon avroya satılacağına dair bənd var. Bir çox klublar həmin şərtin qüvvəyə minəcəyi günü gözləyir.