Uels millisinin kapitanı "Tottenhem"ə qayıdandan bəri özünü yaxşı göstərməyi bacarmayıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo hücumçusu Harri Keynin zədələnməsi 31 yaşlı Beylin ipləri əlinə alması üçün yaxşı şans olduğunu düşünür.
"Bu, Qaret üçün önəmli andır. Hazırda özünü əla hiss edir. Əgər komanda Keyn səviyyəli oyunçunu itirirsə, bu zaman birinci plana digər futbolçular çıxmalıdır. Ümid edirəm ki, Beyl bizə kömək edəcək” .
Qeyd edək ki, Qaret Beyl mövsümün əvvəlində bir illik icarə əsasında "Real"dan "Tottenhem"ə keçib.