İngiltərənin “Mançester Yunayted” klubunun iki futbolçusu ilə yollarını ayıracağı dəqiqləşib.

Offsideplus.az xəbər verir ki, bunlar müdafiəçi Markos Roxo və yarımmüdafiəçi Cessi Linqarddır. 

“Qırmızı şeytanlar”ın baş məşqçisi Ole Qunnar Sulşer bu barədə məlumat verib. Baş məşqçi Linqardın “Vest Hem”ə icarəyə veriləcəyini deyib. Roxo isə karyerasını ölkəsində -Argentinanın “Boka Xuniors” klubunda davam etdirəcək.