Almaniya təmsilçisi "Ayntraxt" "Bursaspor"un oyunçusunu transfer etməyə çox yaxındır.

Offsideplus.az xəbər verir ki, Ali Akman karyerasını Bundesliqada davam etdirə bilər. Belə ki, "Ayntraxt" mövsümün sonunda "Bursaspor"la anlaşması başa çatan 18 yaşlı forvardın keçidini tamamlamaq üzrədir. 

Qeyd edək ki, Ali Akman ilə İngiltərədən "Çelsi" və "Arsenal", Almaniyadan "Volsburq" və Türkiyədən "Qalatasaray" klubları da maraqlanır.