İngiltərə Premyer Liqasının XX turunda “Tottenhem”lə qarşılaşan “Liverpul” 3:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, bu görüş “qırmızılar”ın hücumçusu Sadio Mane üçün əlamətdar olur.

Qarşılaşmada son qolu vuran seneqallı forvard “Liverpul”un heyətində Premyer Liqadakı qol sayını 70-ə çatdırıb. Bununla sabiq forvard Luis Suaresi geridə qoyan Mane klub tarixinin 5-ci bombardiri olub.

“Liverpul”un ən məhsuldar futbolçusu 128 qolla Robbi Foulerdir. Onu Stiven Cerrard (120) və Maykl Ouen (118) izləyirlər. 

Qeyd edək ki, “Liverpul” hazırda 37 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.