"Arsenal"ın ulduzu Pyer-Emerik Obameyanqın dünənki "Sauthempton"la matçı (1:3) buraxmasının səbəbi məlum olub.

 Offsideplus.az xəbər verir ki, bu barədə qabonlu futbolçu öz "İnstaqram" hesabında paylaşım edib. 31 yaşlı hücumçu anasının səhhəti ilə bağlı problem yaşadığını və onun yanında olduğunu bildirib. Marqarita Obameyanqın hazırda yaxşı olduğunu qeyd edən Emerik, həkimlərə və qayğılanan hər kəsə təşəkkürünü bildirib.

 Qeyd edək ki, Obameyanqın şənbə günü Bakı vaxtı ilə saat 21:30-da "Mançester Yunayted"lə baş tutacaq oyunda iştirak edəcəyi hələ ki, sual altındadır.