"Liverpul" 16 yaşlı futbolçunu heyətinə qatmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, mersisaydlılar Kayde Qordona görə məxsus olduğu kluba - "Derbi Kaunti"yə 1 milyon funt-sterlinq ödəyəcək. İngiltərə U-16-sının üzvünün yeni klubu ilə hansı müddətə anlaşacağı haqda məlumat verilmir. 

Qeyd edək ki, Çempionşipdə debüt etməyə imkan tapan 16 yaşlı istedada sahib çıxmaq uğrunda "Mançester Yunayted"lə "Tottenhem" də mübarizə aparır.