Türkiyənin "Trabzonspor" klubu "Tottenhem"in əsas heyətindən uzaq qalan və U23 komandası ilə məşqləri davam etdirən Denni Rouzu heyətində istəyir.
Offsideplus.az Daily Mail-ə istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo 30 yaşlı müdafiəçini heyətində istəmir. Trabzon təmsilçisinin Rouz üçün transfer təklifi göndərdiyi bildirilir.
Qeyd edək ki, 2019-cu ilin dekabrından "Tottenhem"lə heç bir matça çıxmayan Denni Rouz ötən mövsümü "Nyukasl Yunayted"də icarədə keçirib.