Böyük əksəriyyət "Arsenal"da Mesut Özilə görstərilən münasibəti haqsızlıq sayır.
Belələrindən biri də məşhur "10 nömrə"nin sabiq komanda yoldaşı Cek Uilşirdir.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, "Arsenal"ın və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Mesuta olunan haqsızlıqdan söz açıb: "Açığı, Mesutla komandadan ayrılığı haqda danışmamışam. Amma mən onu başa düşürəm. Vaxtilə mən də o hissləri yaşamışdım. Əsas heyətdəki yerini qazanmaq üçün sənə şans verilməyəndə, adama çox pis təsir edir. Futbolçu zəif oynayar, hətta əsas heyətdəki yerini itirə də bilər. Lakin onun üstündən birdəfəlik xətt çəkmək, bunu haqsızlıq adlandırıram. Özilin indi xoşbəxt olduğuna əminəm. Ümid edirəm ki, Türkiyədə uğurlu çıxış edəcək. Onunla komanda yoldaşı olmaq mənə xoş idi. Mesut indiyə qədər çiyin-çiyinə oynadığım top-futbolçuların başında dayanır".
Qeyd edək ki, bu iki futbolçu 2013-18-ci illər aralığında "Arsenal"da komanda yoldaşı olublar.