İki tanınmış futbolçu - Mesut ÖzilSokratis Papastatopulos cari mövsümdə "Arsenal"ın heyətində 1 oyuna belə çıxmadan komandadan ayrıldılar.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, baş məşqçi Mikel Arteta Mesut və Sokratislə bağlı danışanda transferlər zamanı diqqətli olmağın vacibliyini qeyd edib: "Bir daha belə vəziyyətlə üzləşməyimizi istəmirəm. Lakin belə hallar digər klublarda da yaşanır,həm də tez-tez. Ona görə də futbolçularla işin başında danışmaq, şərt kəsmək lazımdır ki, sonu belə olmasın. Düzü, biz hələ yayın əvvəlində sonluq belə olmasın deyə, özləri ilə danışmışdıq. Lakin yaxşı nəticə əldə etmədik. Bir daha deyirəm, transferlər zamanı diqqətli olmaq lazımdır".