"Lester" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "tülkülər"in "vuran ayağı" Ceymi Vardi əməliyyat masasına uzanacaq. Bu barədə komandanın baş məşqçisi Brendon Rocers mətbuata açıqlamasında bildirib. Baş məşqçinin sözlərinə görə, 34 yaşlı forvardın qasıq nahiyyəsindəki zədə əməliyyatı şərtləndirib. Əməliyyatdan sonra futbolçunun uzun müddət sahələrdən uzaq qalacağı inandırıcı görünmür.
Qeyd edək ki, Vardi cari Premyer Liqa mövsümündə 18 oyunda 11 qol vurub.