"Mançester Siti"in hücumçusu Serxio Aquero koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, bu barədə 32 yaşlı futbolçu şəxsi "Tvitter" hesabında məlumat verib. COVİD-19 testinin nəticəsi pozitiv çıxan argentinalı dərhal karantinə alınıb.
Qeyd edək ki, Serxio Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olmuşdu.