"Arsenal" yunanıstanlı futbolçusu Sokratis Papastatopulos ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Belə ki, "topçular" 32 yaşlı müdafiəçi ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, 2018-ci ildən "Arsenal"da çıxış edən Papastatopulos bu mövsüm “topçular"la cəmi 1 matça çıxıb. Onunla "Real Betis", "Sevilya", "Fənərbağça" kimi klublar yaxından maraqlanır.