"Everestin zirvəsinə çatandan sonra oturub gözləsən, donub öləcəksən".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted" in baş məşqçisi Ole Qunnar Sulşer "Liverpul"la baş tutacaq oyun öncəsi deyib. 47 yaşlı mütəxəssis hazırda 36 xalla lider olan "qırmızı şeytanlar"ı bu sözləri ilə xəbərdarlıq edib:

"Yenidənqurma oyunçuların, azarkeşlərin, klub işçilərinin və hər kəsin etdiyi zəhmətin bəhrəsidir. Lakin Klimancaro və ya Everestin zirvəsinə çatandan sonra oturub gözləsən, donub ölərsən. Buna görə də indi davam etməliyik."

Qeyd edək ki, "Liverpul" - "Mançester Yunayted" matçı bu gün Bakı vaxtı ilə 20:30-da başlayacaq.