"Mançester Yunayted"in sabiq futbolçusu Con Oşi klub tarixinin ən yaxşı transferinin adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı sabiq yarımmüdafiəçi "qırmızı şeytanlar"ın gəlmiş-keçmiş ən yaxşı transferinin Rio Ferdinand olduğunu açıqlayıb. Oşi portuqaliyalı ulduz Kriştiano RonaldoUeyn Runinin bu göstərəciyə yaxın olduqlarını da qeyd edib:

"Üstünlüyü Rioya verərdim. Mənim vaxtımda çox inamlı performans sərgilədi. Komanda üçün sağlam bir baza qurdu. O möhtəşəm oğlanıydı. Ronaldo ona yaxındır. İki möhtəşəm futbolçudan danışırıq. Amma həmin vaxt komandada ona olan ehtiyac və klubda qoyub getdiyi izlər onu hər kəsdən üstün edir".

Qeyd edək ki, Rio Ferdinand 2002-2014-cü illər arası "Mançester Yunayted"də çıxış edib.