İngiltərə Premyer Liqasında 18-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, "Çelsi" səfərdə "Fulhem"in qonağı olub. "Zadəganlar" minimal hesabla rəqib üzərində qalib gəlib: 0:1. Görüşün yeganə qolunun müəllifi Meson Mount olub.

Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 29 xalla yeddincidir. "Mançester Yunayted" 17 turdan sonra 36 xalla ilk pillədədir.

Oyunun icmalını təqdim edirik:

"Fulhem" - "Çelsi"  0:1 (Mount, 78.)