"Çelsi" azarkeşlərinin sevimlisi komandaya qayıtmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, Roman Abramoviç Avram Qrantı yenidən "Çelsi"də görmək istəyir. Təcrübəli mütəxəssisin özü də dönüşə qarşı deyil. Bu baş tutsa belə, hazırkı baş məşqçi Frenk Lempardın postundan ayrılmayacaq. Qrant vaxtilə rəhbərliyi altında futbol oynamış Lemparda kömək edəcək. 

Qeyd edək ki, israilli çalışdırıcı 2007-08 mövsümündə "Çelsi"ni çalışdırıb. London təmsilçisi onun rəhbərliyi altında meydana çıxdığı 54 oyunun yalnız 6-da məğlub olub. "Çelsi" həmin mövsümdə Premyer Liqanın gümüş medallarını qazanmaqla yanaşı, İngiltərə Kuboku, Liqa Kuboku və Çempionlar Liqasında finala qədər irəliləməyi bacarıb. Lakin bütün hallarda həlledici oyunlarda uduzub.