"Mançester Siti"nin argentinalı futbolçusu Serxio Aquero karantinə alınıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Aqueronun koronavirusa yoluxmuş şəxslə yaxın ünsiyyətdə olduğu üçün karantinə göndərildiyini açıqlayıb.
Qeyd edək ki, Serxio Aquero "Brayton" (13 yanvar) və "Kristal Pelas"la (17 yanvar) baş tutacaq matçları buraxacaq.