"Mançester Yunayted" futbolçusu Pol Poqbayla vidalaşmağa hazırdır.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə "Yuventus", "Real Madrid" və PSJ kimi klublar yaxından maraqlanır. "Qırmızı şeytanlar" Poqbanın satış qiymətini 75 milyon funt-sterlinq dəyərində müəyyənləşdiriblər.

Qeyd edək ki, Pol Poqba "Mançester Yunayted"ə 2016-cı ildə "Yuventus"dan transfer olub.