"Mançester Yunayted"in 3 futbolçusu zədələnərək sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "qırmızı şeytanlar"ın çalışdırıcısı Ole Qunnar Sulşer açıqlama verib. Belə ki,  Pol Poqba, Viktor Lindelof Lyuk Şou xəsarət alan oyunçular arasındadr.

Buna görə də, bu futbolçular "Uotford"la matçı (1:0) buraxmalı olub.