İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, “zadəganlar”ın futbolçusu Nqolo Kante sıradan çıxıb.
 “Sky Sports” nəşri fransız yarımmüdafiəçinin zədə səbəbindən qarşıdakı iki oyunu buraxacağını bildirib.
Kante, “Çelsi”nin İngiltərə Federasiya kuboku çərçivəsində yanvarında 10-da “Morkamb”la, Premyer Liqada isə yanvarın 15-də “Fulhem”lə qarşılaşacağı matçlarda iştirak edə bilməyəcək.