İngiltərə Kuboku çərçivəsində keçirilməsi nəzərdə tutulan “Sauthempton” - "Şreusbari" oyunu təxirə salınıb.

Offsideplus.az "Sauthempton"un rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 9-da keçirilməli olan matç baş tutmayacaq. Buna səbəb komandada və rəqibin futbolçularında koronavirusa yoluxma aşkarlanmasıdır.

Verilən açıqlamada "Sauthempton" rəqib futbolçularına tez sağalmağı arzulayıb.