"Arsenal"dan ayrılması gözlənilən türk əsilli futbolçu Mesut Özil Amerikanın MLS liqasının klubu "Di Si Yunayted"lə danışıqlar aparır.
Offsideplus.az “Football.London” saytına istinadən xəbər verir ki, Amerika klubu 32 yaşlı yarımmüdafiəçiyə cəzbedici maliyyə şərtləri təklif edir. "Di Si Yunayted” yüksək maaşdan başqa, futbolçuya onun M10 markasının inkişafına da kömək etməyə hazırdır.
Ozil İngiltərə Premyer Liqası mövsümünün birinci hissəsində "Arsenal"ın iştirak ərizəsinə daxil edilməyib.
2013-cü ildən çıxış edən Özilin "Arsenal"la müqaviləsinin müddəti iyunda başa çatır.