"Tottenhem" futbolçuları Serxio Regilon, Covanni Lo Selso və Erik Lamelanı cəzalandırıb.
Offsideplus.az The Atletic-a istinadən xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün cərimələniblər. Belə ki, Milad bayramını "Vest Hem"li Manuel Lansini ilə qeyd edən futbolçular daha sonra birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıblar.
Komandanın baş məşqçisi Joze Mourinyo futbolçuların bu hərəkətinə görə xəyal qırıqlığına uğradığını açıqlayıb.