"Liverpul" futbolçusu Liam Millarla yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızılar" 21 yaşlı hücumçu ilə müqavilənin müddətini uzadıb. Bundan əlavə, Millar mövsümün sonuna kimi "Çarlton"a icarəyə verilib.

Qeyd edək ki, 2016-cı ildən Mersisayd təmsilçisinin Akademiyasına qoşulan Liam Millar "Liverpul"un əsas komandasında debüt etməyib.