İngiltərənin "Mançester Yunayted" klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson VAR sistemini tənqid edib.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı mütəxəssis "Daily Mail" nəşrinə açıqlamasında bunun əsl faciə olduğunu bildirib: "Bu, lənətə gəlmiş faciədir. Bir həftə öncə "Lids Yunayted"lə "Börnli"nin oyununa baxırdım. Meydan sahiblərinin qapıçısı rəqib futbolçuya qarşı qaydanı pozsa da, qonaqların qolu ləğv olundu. İnanılmazdır"!