Frenk Lempardın "Çelsi"dən göndərilməsi an məsələsidir.

"Çelsi"nin 17 oyundan sonra 26 xalla 9-cu pillədə qərarlaşması klub rəhbərliyinin ürəyincə deyil. Rəsmi xəbər olmasa da, kluba yaxın mənbələr klubdakı əsas söz sahibi Roman Abramoviçin namizədləri gözdən keçirdiyi deyilir. 

Offsideplus.az "Le10Sport"a istinadla xəbər verir ki, Abramoviç komandasını yaxından tanıdığı Andrey Şevçenkoya tapşırmaq istəyir. Ukrayna millisinin Şevçenkonun rəhbərliyi altında xoş təsir bağışlaması klub prezidentinin ürəyincədir. Şevçenko ilə Abramoviçin isti münasibətdə olması keçidi tezləşdirə bilər.

Qeyd edək ki, Andrey 2006-09-cu illərdə "Çelsi"də 48 oyun keçirməklə 9 qola imza atıb. Həmin dönəmdə də klubun prezidenti Roman Abramoviç idi. 

 

Former AC Milan and Chelsea star Andriy Shevchenko on brink of Euro 2020  qualification as Ukraine manager | The National