"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubdan gedəcək futbolçular barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı mütəxəssis mövsümün sonunda müqaviləsi başa çatacaq Məsut Özillə bağlı verilən suallara belə cavab verib:
"Oyunçuların müqavilələrinə hörmət etməliyik. Bu cür durumlarda edə biləcəyimiz ən yaxşı şey onlarla açıq danışmaq, komandadakı rolunu izah eləmək və bunun səbəblərini anlatmaqdır. Yeni futbolçular almaq üçün əldə olanları göndərmək şərtdir".
Qeyd edək ki, Məsut Özillə "Fənərbağça" klubu yaxından maraqlanır.