"Tottenhem"in baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusunu komandaya gətirməyi düşünür.
Offsideplus.az La Razon-a istinadən xəbər verir ki, "Atletiko"yla müqaviləsinə xitam verən Dieqo Kosta "Tottenhem"in hədəfindədir. 2014-15 mövsümündə "Çelsi"də birlikdə çalışdığı mütəxəssis Mourinyo sabiq futbolçusunu heyətində görmək istəyir.
Qeyd edək ki, Dieqo Kosta ilə "Qalatasaray", "Vulverhempton" klubları da yaxından maraqlanır.