"Liverpul"un futbolçusu Joel Matipin zədəsinin durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp onun üç həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, Matip ötən bazar Premyer Liqada keçirilən "Vest Bromviç"lə matçda (1:1) zədələnib.