İngiltərə Premyer Liqasının XVI turunda “Bernli”nin qonağı olan “Şeffild Yunayted” 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, qonaqların hücumçusu Oliver Burke bu görüşdə antirekordla yadda qalıb.

Şotlandiyalı Premyer Liqada keçirdiyi ilk 25 matçının heç birində qələbəyə sevinməyib. Bununla da o, “Tottenhem”in forvardı Qaret Beylin antirekordunu yeniləyib. Beyl 2007/08 və 2008/09 mövsümlərində meydana çıxdığı ilk 24 qarşılaşmada qalibiyyət üzü görməmişdi.