"Real"dakı hazırkı durumu İskonu razı salmır. Baş məşqçi Zinəddin Zidanın əsas heyətdə güvənməməsi az dərdmiş kimi, kapitan Serxio Ramosla aralarında yaşanmış münaqişə 28 yaşlı yarımmüdafiəçini komandasını dəyişməyə məcbur edir.

Offsideplus.az AS-a istinadla xəbər verir ki, İskonu heyətində görmək istəyən komandaların sırasına daha biri qoşulub. Bu, ispan mütəxəssisin çalışdırdığı "Arsenal"dır. Mikel Artetanın bəyəndiyi futbolçulardan olan İskonun "Real"ı tərk etmək həvəsinə düşməsi londonluları hərəkətə keçirib. Lakin onlar istedadlı futbolçunu icarəyə götürmək istəyir. 

Qeyd edək ki, İskonun özü nədənsə karyerasını "Sevilya"da davam etdirməkdə maraqlıdır.