İngiltərə Premyer Liqası klubu "Arsenal" Dieqo Kostanı heyətinə qatmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "topçular" "Atletiko"dan ayrıldığı açıqlanan və hazırda azad agent olan Kostanı transfer etmək istəyir. 32 yaşlı hücumçu İtaliyadan "Napoli", İngiltərədən "Tottenhem", "Everton" və Türkiyədən "Qalatasaray"ın da transfer gündəmindədir. 

Qeyd edək ki, Dieqo Kosta 2018-ci ildə "Çelsi"dən "Atletiko"ya keçmişdi.