“Liverpul”un futbolçusu Joel Matip zədələnib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi Premyer Liqanın 15-ci turu çərçivəsində “Vest Bromviç”lə (1:) keçirilən oyunda zədələnib. Kamerunlu müdafiəçi 60-cı dəqiqədə Ris Uilyamsla əvəzlənib.
Qeyd edək ki, Matipin son durumu tibbi müayinədən sonra bilinəcək.