İspaniya təmsilçisi "Real Madrid"in gözü "Mançester Siti"nin futbolçusu Fil Fodenin üzərindədir.

Offsideplus.az Mirror-a istinadən xəbər verir ki, "Kral klubu" 20 yaşlı yarımmüdafiəçi üçün təklif göndərməyə hazırdır. 2020-ci ildən İngiltərə millisində çıxış edən Foden gələn ildən "Real"a keçə bilər.

Qeyd edək ki, 2016-cı ildən bəri "Siti"də çıxış edən Fil Foden az oyuna çıxdığına görə çətinliklər yaşayır.