İngiltərənin “Tottenhem” klubu qış transfer dövründə hücum xəttini Almaniya “Volfsburq”unun forvardı Vaut Veqhorstla gücləndirməyi planlaşdırır.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo 28 yaşlı hücumçunun alınmasını istəyib.

Qeyd edək ki, Bundesliqa təmsilçisi Veqhorstu 35 milyon avro qarşılığında satmağa hazırdır.