Türkiyə millisinin və "Everton"un futbolçusu Cenk Tosun Hollandiyaya getməyəcək.
Offsideplus.az "Update"ə istinadla xəbər verir ki, 29 yaşlı forvardın "Feyenoord"a keçəcəyi deyilirdi. Lakin komandanın baş məşqçisi Dik Advokat mətbuata verdiyi açıqlama Tosunun xidmətində maraqlı olmadıqlarını deyib. Mənbənin yazdığına görə, "Everton" indiyə qədər Cenklə bağlı cəlbedici təklif almadığından futbolçunu heyətində saxlamaq məcburiyyətindədir.
Qeyd edək ki, milli üzvü 2018-in yanvarında transfer olunduğu "Everton"da cəmi 10 qol vurub.