İngiltərə təmsilçisi "Tottenhem"də çıxış edən Denni Rouz polislər tərəfindən saxlanılıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin dünən gecə avtomobil qəzası törədib. Sürət həddini aşan Rouzun maşını çox böyük zərər görsə də, özü sağ-salamat maşından çıxa bilib. 

Hadisənin ardından polislər tərəfindən saxlanılan ingilis futbolçu Northemptonşir Polis Məntəqəsinə aparılıb. Testlər nəticəsində onun içkili olmadığı məlum olub.