İngiltərənin "Tottenhem" klubunun futbolçusu Denni Rouz Northempton polisi tərəfindən saxlanılıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi dekabrın 23-də axşam saatlarında avtomobillə qəza törədib və nəticədə maşını səkiyə çırpılıb.

İngiltərəli oyunçu xəsarət almayıb, lakin avtomobilinə ziyan dəyib. Polis onu təhlükəli sürücülükdə günahlandırıb.

Əlavə araşdırmanın aparılması üçün futbolçu polis bölməsində nəzarətdə saxlanılıb.