Çempionşip klubu "Bornmut"da çıxış edən Cefferson Lerma "Şeffild Uensdey"lə (0:1) oyunda rəqib oyunçunu dişləyib.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi matçın 83-cü dəqiqəsində rəqib komandanın oyunçusunu dişləməkdə günahlandırılır. İttihamları rədd edən futbolçu məsələ ilə bağlı etirazını dekabrın 24-dək rəsmi şəkildə bildirəcək.
Qeyd edəkk ki, 26 yaşlı futbolçunun günahı sübuta yetirilsə, o, uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.