İngiltərə Premyer Liqasında miskin nəticə göstərən "Arsenal" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "topçular"ın hücumçusu Pyer-Emerik Obameyanq sıradan çıxıb. "Everton" - "Arsenal" (2:1) oyunundan sonra açıqlama verən Mikel Arteta qabonlu futbolçunun zədələndiyini bildirib.

Baş məşqçi əzələsindən xəsarət alan Obameyanqın bir neçə gün yaşıl meydanlardan uzaq qalacağını bildirib.