"Mançester Yunayted"in son iki oyununu buraxan Edinson Kavani daha bir oyunda iştirak edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda "Vest Hem"lə matçda sıradan çıxan paraqvaylı futbolçu "Şeffild Yunayted"lə matçı da buraxacaq. Bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer açıqlama verib. O bildirib ki, 33 yaşlı hücumçu hələ də müalicə alır.
Qeyd edək ki, "Şeffild Yunayted" - "Mançester Yunayted" matçı dekabrın 18-i saat 00:00-da baş tutacaq.