Premyer Liqada çətin günlərdən keçən Məsut Özillə hazırkı klubu "Arsenal" əlaqə saxlayıb.

Offsideplus.az NTVspor-a istinadən xəbər verir ki, "topçular" türk əsilli futbolçu ilə danışıqlara başlayıb. Bu barədə "Arsenal"ın əsas heyətilə bağlı işlərlə məşğul olan Edu məlumat verib. Özilin meneceri ilə danışdığını bildirən klub nümayəndəsi bu sözləri deyib:

"Onunla danışdım. Mikel Arteta da, mən də Özilin meneceriylə söhbət etdik. Mübahisə etmək üçün yox, sadəcə bəzi məslələrdə bir-birimizə yardım eləmək üçün danışdıq".

Qeyde dək ki, 32 yaşlı hücumameyilli yarımmüdafiəçi 2020-ci il 7 martdan bəri "Arsenal"la bir oyuna çıxmayıb.