"Arsenal"ın baş məşqçisi Mikel Arteta bu gün baş tutacaq "Börnli"yə qarşı oyundan öncə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Məsut Özilin komandaya qayıtmaq şanslarından danışıb. Yanvar ayında bəzi şeylərin dəyişə biləcəyini deyən Arteta, qərar vermək üçün vaxtın olduğunu bildirib.
"O hazırda komandada deyil. Ona görə də diqqətimi əlimdəki oyunçu seçiminə yönəldirəm. Yanvar ayında nəsə dəyişsə belə, qərar vermək üçün vaxtımız olacaq".
Qeyd edək ki, "Arsenal" - "Börnli" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.