“Mançester Yunayted”in futbolçusu Markos Roxo karyerasını yeni klubda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, argentinalı müdafiəçi ilə “Şeffild Yunayted” klubu yaxından maraqlanır. “Şeffild Yunayted”in qış transfer pəncərəsi dövründə Roxonu satınalma hüququ ilə birlikdə icarəyə götürəcəyi bildirilib.

2014-cü ildən “Mançester Yunayted”də çıxış edən Roxonun müqaviləsi mövsümün sonuna qədərdir.