“Mançester Yunayted”in futbolçusu Edinson Kavani mövsümün əvvəlində “Yuventus” “İnter”dən təklif alıb.

Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçu İngiltərə mətbuatına açıqlamasında “Napoli” klubuna olan hörmətinə görə hər iki təklifi rədd etdiyini bildirib: “Mənə tez-tez zəng vuran və təkliflər göndərən “Yuventus” və “İnter”ə sadəcə “yox, təşəkkür edirəm” cavabını vermişəm. “Napoli”li azarkeşlərə belə bir şey edə bilməzdim. “Napoli” ağlıma gələndə özümü xoşbəxt hiss edirəm”.
Qeyd edək ki, 33 yaşlı hücumçu 2010-2013-cü illər aralığında “Napoli”nin formasını geyinib.