"Liverpul"un baş məşqçisi Yürqen Klopp Çempionlar Liqasının son turunda "Midtüllan" ilə matç (1:1) sonrası açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "Liverpul" - "Midtüllan" görüşündə VAR yoxlamaları səbəbindən oyunun sonuna 8 dəqiqə artırılmışdı. "Qırmızılar"ın 53 yaşlı çalışdırıcısı isə futbolun VAR-a ehtiyacının olmadığını düşünür.
"Çox uzun çəkdi. Haqlı olub-olmadıqlarının çətin olduğunu anlamadım, amma 3-4 dəqiqə davam elədi və futbolçular soyuqda göləmək məcburiyyətində qaldı. İnsanların "Tanrım, yenə bundan danışır?" dediklərini bilirəm. "Hə, VAR yaxşı fikirdir" deyən insanlardan biri idim. Amma düzünü desəm, bunu bir də deyə biləcəyimə əmin deyiləm".