Məşhur futbolçuların menecerliyini edən Mino Rayola Poqbanın "Mançester Yunayted"də işinin bitdiyini deyib.

Offsideplus.az Tuttosport-a istinadən xəbər verir ki, Pol Poqbanın da meneceri olan Rayola fransalı yarımmüdafiəçi barədə açıqlamalar verib.

"Poqbanın "Mançester Yunayted" macərasının bitdiyini deyə bilərəm. Oradakı vaxtını doldurdu", - deyə məşhur menecer qeyd edib.

Xatırladaq ki, "Yuventus"un maraqlandığı Poqbanın "qırmızı şeytanlar"la müqaviləsi 2022-ci ildə başa çatacaq.